Azərbaycan çempionatında biabırçılıq

Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Binə qəsəbə stadionunda keçirilən “Cəbrayıl” - “Energetik” görüşündə ara qarışıb.

Sportline.az  xəbər verir ki, bu, oyunun son dəqiqələrində yaşanıb.

 0:0 hesabı ilə davam edən görüşdə Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər.

Bundan sonra hakim qarşılaşmanı dayandırıb.

Qeyd edək ki, Mingəçevirdəki ilk oyun "Cəbrayıl"ın 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.