Azərbaycan çempionatında iki oyun baş tutub

Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub.

Sportline.az xəbər verir ki, kişilərin final mərhələsində 1-4-cü yerlər uğrunda mübarizə aparan “Kür” “Bakı” ilə qarşılaşıb.

Qarşılaşma birincilərin 23:21 hesablı qələbəsi ilə bitib.

Qadınların yarışında da “Kür” kollektivi qələbəni bayram edib. “İdman Akademiyası”nı qəbul edən Mingəçevir təmsilçisi meydandan 30:23 hesabı ilə qalib ayrılıb.

Hər iki matç “Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.