Azərbaycan çempionatında növbəti oyunlar olub

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib.

Sportline.az xəbər verir ki, qadınların və kişilərin liqasında iki oyun olub.

Qadınların çempionatında XIII turun “Bakı” – “Gənclər Birliyi” görüşü oynanılıb. Rəqibinə 14:21 hesabı ilə məğlub olan autsayder “Gənclər Birliyi” ən yaxın izləyicinə yaxınlaşmaq imkanını əldən verib. Adıçəkilən komanda hələ də hesabına xal yazdırmayıb.

Kişilərin liqasında isə XIV turun oyunu keçirilib. Çempionluğa iddia edən “Azəryol” autsayder “Dinamo” üzərində 52:36 hesablı qələbə qazanıb.