Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib
Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin növbəti oyunları keçirilib.
Federasiyadan Sportline.az-a verilən məlumata görə, I-IV yerlər uğrunda yarışan "Qarabağ"la "Bakı"nın görüşündə nominal qonaqlar 36:24 hesabı ilə qalib gəliblər.
Günün digər oyununda isə "Kür" "Azəryol"a məğlub olub - 36:33.
Qeyd edək ki, hər iki qarşılaşma "AHF Arena"da keçirilib.