Azərbaycan çempionatının oyunları təxirə salındı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün keçirilməsi planlaşdırılan I dövrənin növbəti oyunları təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, görüşlər əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında “Azərreyl” - “Abşeron” və UNEC – “Murov” qarşılaşmaları gerçəkləşməli idi.

Qeyd edək ki, kişi və qadınlar arasında Azərbaycan çempionatının ilk turu dekabrın 26-da keçirilib.