Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsində XIII turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçında "Bakı" və "Azəryol" üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə bitib - 28:26.

Qadınların yarışında isə XI turda "Qarabağ" - "Kür" görüşü baş tutub. "Qarabağ" Mingəçevir təmsilçisini minimal hesabla üstələyib - 23:22.