Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq

Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.

Sportline.az Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, gənc cüdoçular qitə birinciliyinə yola düşüblər.

Bildirilib ki, gənc oğlanlardan və qızlardan ibarət millilərinin 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb.

Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.

ACF prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçulara yarışda müvəffəqiyyətlər arzulayıblar.

Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət yığmalar Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib. Həmçinin cari il ərzində Xorvatiya, İspaniya, Litva, Fransa, Yaponiya, Avstriya, Almaniya, Polşa, Sloveniya və Azərbaycanda təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, onun köməkçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət millinin məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

İdmançılar 7-9 sentyabr tarixlərində çempionatın fərdi, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, turnirdə ACF-in A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qızlar

48 kq
Könül Əliyeva
Vüsalə Hacıyeva

52 kq
Aydan Vəliyeva

57 kq
Fidan Əlizadə

78 kq
Nərmin Əmirli

+78 kq
Nigar Süleymanova

Oğlanlar

60 kq
Nizami İmranov

66 kq
Nicat Nağıyev
Aydın Rzayev

73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə

81 kq
Ömər Rəcəbli

90 kq
Vüqar Talıbov
İsmayıl Zamanov

+100 kq
Kənan Nəsibov