Azərbaycan cüdoçuları Universiadanın ilk günündə iki medal qazanıblar
Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasının ilk günündə Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar.
Sportline.az xəbər verir ki, 66 kq çəki dərəcəsində Yaşar Nəcəfov, qadınların yarışında 48 kq-da Leyla Əliyeva üçüncü yeri tutub.
Qeyd edək ki, Universiada avqustun 8-də başa çatacaq.