Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə start götürən Qran Pri turnirində final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.

Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Kişilərdən Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) da finala yüksəlib. Qadınlardan isə Leyla Əliyeva (48) bürünc, Gültac Məmmədəliyeva (52 kq) isə qızıl medal görüşünə vəsiqə qazanıb.

Yeri gəlmişkən, Əliyeva uduzaraq yarışı medalsız başa vurub. Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq) və Könül Əliyeva (48 kq) isə turnirlə daha erkən vidalaşıb.