Azərbaycan cüdoçusu Qran Pridə qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 66 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib italiyalı Matteo Piras olub. Qarşılaşma Nəcəfovun qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan yığması Qran Prinin ilk yarış gününü bir medalla başa vurub.