Azərbaycan əsilli futbolçu da silaha sarıldı
Kiyev "Dinamo"su və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev Ukraynanın müdafiəsi üçün silaha sarılıb.
Sportline.az "Sport.ua" saytına istinadən xəbər verir ki, Azərbaycan əsilli veteran futbolçu, sosial şəbəkə hesabında hərbi geyim ilə fotosunu paylaşıb.
Qeyd edək ki, o, bir neçə gün öncə işğalçılara qarşı əlində silahla Kiyevi müdafiə edəcəyi barədə açıqlama vermişdi.
