Azərbaycan - Estoniya oyunu Sumqayıtda olacaq

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 25-dəki qarşılaşma Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Qarşılaşmanın başlama saatı hələlik bəlli deyil.