Azərbaycan - Fransa matçının vaxtı müəyyənləşdi
19 yaşadək qızlardan ibarət futbol komandaları arasında Avropa çempionatının elit mərhələsinin təqvimi açıqlanıb. SportLine.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparacaq Azərbaycan seçməsinin də oyunlarının vaxtı müəyyənləşib.
Komandamız ilk oyununu gələn il aprelin 4-də Fransaya qarşı keçirəcək. Millimiz həmin ayın 7-də Belçika, 10-da isə Finlandiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, 3-cü qrupun qarşılaşmalarına Finlandiya ev sahibliyi edəcək.