Azərbaycan Fransaya qarşı

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxacaq.

Sportline.az xəbər verir ki, Milan Obradoviçin kollektivi Fransa seçməsini qəbul edəcək.

Sumqayıtın "Kapital Bank Arena"sında keçiriləcək oyun saat 21:00-da başlanacaq.

Qeyd edək ki, II qrupda mübarizə aparan Azərbaycan millisi 6 oyundan sonra 6 xalla 3-cü pillədədir. 5 görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşıb. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edir.

7 sentyabr

Avropa çempionatının seçmə mərhələsi

II qrup

21:00. Azərbaycan - Fransa

Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)

Sumqayıt. “Kapital Bank Arena”

Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.