Azərbaycan futbolçuları İraq seçməsindən güclü oldu

Bu gün çimərlik futbolu üzrə Azərbaycan və İraq milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

SportLine.az xəbər verir ki, Bakıda baş tutan görüşdə Azərbaycan futbolçuları qələbə qazanıblar - 2:1.

İraq seçməsinin qapısına hər iki qolu Asif Zeynalov vurub.