Azərbaycan futbolunda yeni rekord

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan futbolunda yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı müdafiəçi buna Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə hazırda davam edən cavab oyununda meydana çıxmaqla nail olub.  Beləliklə, o, avrokuboklarda 114-cü oyununa çıxıb. Bununla da Maksim "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqovun rekordunu (113 qarşılaşma) yeniləyərək avrokuboklarda ən çox oyun keçirən azərbaycanlı futbolçu adını qazanıb. 

2009-cu ildə Avropada debüt edən və yalnız “Qarabağ”ın formasını geyinən Maksim Çempionlar Liqasında 35, Avropa Liqasında 66, Konfrans Liqasında 13 matçda forma geyinib. Onun aktivində 3 qol var.