Azərbaycan gimnastları Dünya Oyunlarında üç gümüş medal qazanıblar

Azərbaycan gimnastları Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında üç gümüş medal qazanıblar.

Bu barədə Sportline.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Təmzilçilərimiz tamblinq, akrobatika və aerobika gimnastikası üzrə yarışda uğurla çıxış ediblər.

Akrobatika gimnastikası üzrə kişi cütlüyü (Murad Rəfiyev - Daniel Abbasov) qarışıq hərəkətlər proqramında 28.730 xalla ikinci olub.

Tamblinq üzrə Tofiq Əliyev yarışda tarixi nailiyyətə imza atıb. Gimnast tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal toplayıb və gümüş medala yiyələnib.

Aerobika gimnastikası üzrə dünya çempionları, Mədinə Mustafayeva - Vladimir Dolmatov qarışıq cütlüyü isə 19.750 xalla fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.