Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın sərbəst güləşçiləri iyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Sportline.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışda ölkəmizi məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi 86 kq) və Abubakr Abakarov (92 kq) təmsil edəcək.

Sərbəst güləş üzrə yarış iyunun 22-23-də keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq.

Turnirdə II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.