Azərbaycan Həndbol Federasiyasının rəsmisi "Beşiktaş"ın oyununa təyinat alıb
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov beynəlxalq oyuna təyinat alıb.
AHF-nin mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, o, kişi həndbolçular arasında Avropa Kubokunun 1/8 final mərhələsinin “Beşiktaş” (Türkiyə) - “Runar Sanderyord” (Norveç) görüşünün deleqatı olacaq.
Oyun fevralın 22-də İstanbulda keçiriləcək.