Azərbaycan idmançısı dünya seçməsində

İyunun 18-20-də Almaniyanın məşhur yunan-Roma güləşçisi, üçqat dünya və ikiqat Avropa çempionu Frank Ştablerlə vida görüşü təşkil ediləcək.

Sportline.az xəbər verir ki, Almaniya millisinin dünya seçməsi ilə yoldaşlıq görüşü bu hadisəyə həsr olunacaq.

Qonaqların heyətində xalça üzərinə Azərbaycan millisinin liderlərindən biri, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) da çıxacaq.

Qarşılaşma Almaniyanın Ştutqart şəhərində olacaq.