Azərbaycan seçməsi yenə uduzdu

Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalararası Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçı komandalar 2-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıb.

Azərbaycan seçməsinin rəqibi İngiltərə şahmatçıları olub. İlk turda Çinə məğlub olan komandamız, bu dəfə də etimadı doğrultmayıb.

06 mart 2019
Şahmat, Komandalararası Dünya çempionatı
2-ci tur

Azərbaycan - İngiltərə - 1,5:2,5

Arkadi Naydiç ⚪ - ⚫ Maykl Adams - 1:0
Rauf Məmmədov ⚫ - ⚪ Lyuk MakŞeyn - 0:1
Qədir Hüseynov ⚪ - ⚫ Deyvid - Houvell - 0,5:0,5
Eltac Səfərli ⚫ - ⚪ Qeveyn Cons - 0:1

İsveç - Qazaxıstan - 1:3
ABŞ - Çin - 2,5:1,5
Rusiya - Misir - 3:1
Hindistan - İran - 2:2

Turnir cədvəli:

1. Rusiya - 4
2. ABŞ - 4
3. İngiltərə - 4
4. Hindistan - 3
5. Çin - 2
6. Qazaxıstan - 2
7. İran - 1
8. Azərbaycan - 0
9. Misir - 0
10. İsveç - 0