Azərbaycan - İspaniya oyununun vaxtı açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Qızıl Liqasındakı görüşlərinin təqvimi müəyyənləşib.

SportLine.az xəbər verir ki, seçməmiz ilk görüşünü səfərdə Belarusa qarşı keçirəcək. Ardınca, İspaniya, Finlandiya və Belarusu doğma meydanda qəbul edəcək. 

Voleybolçularımız hər üç ev oyununu Voleybol Mərkəzində keçirəcək.

Qızıl Avropa Liqası
26 may

17:00. Belarus – Azərbaycan

Hakimlər: Olqa Zakarova (Rusiya), Aleksandr Sudjyev (Belarus)
Minsk, Çijovka Arena

29 may

18:00. Azərbaycan – İspaniya

Hakimlər: Matias Evald (Almaniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

2 iyun

18:00. Azərbaycan – Finlandiya

Hakimlər: Zdravko Zdraveski (Makedoniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

8 iyun

18:00. Azərbaycan – Belarus

Hakimlər: Ozan Sarıkaya (Türkiyə), Fikrət Axundov (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

12 iyun

19:30. İspaniya – Azərbaycan

Hakimlər: Predraq Balandziç (Serbiya), Benites Korrea (İspaniya)
Valyadolid, Huerta del Rey

15 iyun

15:00. Finlandiya – Azərbaycan

Hakimlər: Audrius Qarqasas (Litva), Ari Yokelaynen (Finlandiya)
Mikkeli, Saymaa Stadionu