Azərbaycan Kikboksinq Federasiyasında yeni vitse-prezident

Bu gün Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat reallaşdırılıb. SportLine.az xəbər verir ki, federasiya rəhbəri, millət vəkili Adil Əliyev Arzuman Abdulkərimovu vitse-prezident vəzifəsinə təyin edib. Məlumat üçün bildirək ki, Arzuman Abdulkərimov idman ictimaiyyətində yetərincə tanınan simalardandır. O, eyni zamanda “Avey” İdman Klubunun prezidentidir.