Azərbaycan - Kipr oyununun yeri dəyişdirildi
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan – Kipr oyununun yeri dəyişdirilib.
Sportline.az xəbər verir ki, matç Albaniyanın Tirana şəhərində təşkil olunacaq.
Bununla bağlı AFFA ilə UEFA arasında danışıqlar aparılırdı və UEFA yekun qərarını bu gün açıqlayıb. (AFFA)