Azərbaycan klubunun rəhbəri faciəvi şəkildə dünyasını dəyişib
Azərbaycanda futbol klubunun rəhbəri faciəvi şəkildə dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, Azərbaycan II liqa təmsilçilərindən "Ağdaş" klubunun rəhbəri Rəhman Əliyev suda boğularaq ölüb.
O, gecə saat 2 radələrində rayon ərazisindən keçən su kanalında dostu ilə birlikdə boğulub.
"Ağdaş" klubunun rəhbəri evli idi, 3 övladı var.