Azərbaycan komandası Dünya çempionatında 3-cü oldu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Fucayra şəhərində taekvondo üzrə komandalararası dünya çempionatına yekun vurulub.

SportLine.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət komandası yarışı bürünc medalla başa vurub. Reza Mehmandustun baş məşqçi olduğu kollektiv 3-cü yer uğrunda görüşdə Qazaxıstana qalib gəlib.

Qızıl medala isə finalda Rusiyanı üstələyən İran sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəllər Meksikanın paytaxtı Mexiko və Bakıda təşkil olunmuş dünya çempionatlarında qızıl medal qazanıb.