Azərbaycan Kuboku: "Neftçi" "Kəpəz"ə qalib gəlib

Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununda "Neftçi" "Kəpəz"ə qalib gəlib.

Sportline.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda "ağ-qaralar" 2:0 hesablı qələbəyə sevinib.

Paytaxt təmsilçisinin heyətində Ağadadaş Salyanski (35) və Yuri Matias (69) fərqlənib.

Tərəflər arasında cavab matçı fevralın 28-də baş tutacaq. Günün ikinci oyununda isə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq.