Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilir

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma reallaşacaq.

Saat 16:00-da “Şəki” NTD ilə, 19:00-da isə “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək.

Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək.