Azərbaycan Kubokunda 36 komanda püşkü gözləyir

Futzal üzrə Azərbaycan kubokunun püşkatma tarixi müəyyənləşib. SportLine.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 15-də 1/32 final mərhələsinin püşkü atılacaq.

Bu mərhələdə Birinci və İkinci Liqada mübarizə aparan ümumilikdə 36 komanda übarizə aparacaq. Bunlar Sovetski FK, Green Log, Zəngilan FK, Standard, Metropoliten, Baku Fire, Yasamal FK B, Şərq, Çinar Cəbrayıl, ADBTİA, Baku Fans, Ulduz, U-19, AZMİU, Füzuli FK, Abşeron FK, SAB, STAR karqo,  Rəvan FK,  Hövsan, Advokat, Gənclik, Borçalı FK, Dalğa, Baku Fire-2, Bibi - Heybət, Obolon, Bədr FK Xocalı, Avanqard FK, Təbriz, Atletiko Baku, Baker Hughes, Gilan Construction, Baker Tilly, Hicran, Xəzər Astara komandalarıdı.

Qeyd edək ki, tədbir saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək.