"Mançester Siti" Enzo transferində israrlıdır
“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi transfer etmək istəyindən vaz keçməyib.
Sportline.az xəbər verir ki, “şəhərlilər”in argentinalı futbolçu üçün tələb olunan təxminən 140 milyon avronu cümə axşamına qədər ödəyə bilmədiyi bildirilir. Buna baxmayaraq, klub rəhbərliyi yarımmüdafiəçidən əl çəkməyib və transferi reallaşdırmaq üçün “Çelsi” ilə əlaqə saxlamağa davam edir.
Fernandes 2023-cü ilin əvvəlində 121 milyon avroya “Benfika”dan “Çelsi”yə keçib. Onun London klubu ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir. “Transfermarkt” 25 yaşlı futbolçunun bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.