"Fənərbağça"dan Ceymi Bayno-Gittens ilə bağlı rəsmi açıqlama

“Fənərbağça” “Çelsi”nin oyunçusu Ceymi Bayno-Gittensin transferi ilə maraqlanmadığını açıqlayıb.

Sportline.az Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun transferi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Klub bu məlumatların “Fənərbağça"nın adından istifadə etməyə yönəlmiş cəhd olduğunu vurğulayıb:

“Fənərbağça”nın Bayno-Gittensə marağı ilə bağlı mediada yayılan məlumatlar həqiqətə uyğun deyil. Biz açıq şəkildə bildiririk ki, yalançı transfer iddiaları ilə “Fənərbağça”dan sui-istifadə cəhdləri heç bir nəticə verməyəcək”.

Bayno-Gittens 2025/26 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.