Qakpo London klubuna keçməyə razıdır

“Liverpul”un vingeri Kodi Qakpo “Tottenhem”ə keçmək üçün şəxsi şərtlər barədə razılığa gəlib. 

Sportline.az xəbər verir ki, niderlandlı futbolçu “qırmızılar”ın rəhbərliyinə də klubdan ayrılaraq “Tottenhem”ə qoşulmaq istədiyini bildirib. Onun yeni mövsümdə “Liverpul”da ciddi rəqabətlə üzləşəcəyini və kifayət qədər oyun vaxtı əldə etməyəcəyini düşündüyü bildirilir. Bu səbəbdən, futbolçu karyerasında yeni səhifə açmağa hazırdır.

Qakpo 2025/26 mövsümündə bütün turnirlərdə 52 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” 27 yaşlı futbolçunun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.