Azərbaycan Kubokunda finalçılar müəyyənləşir

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" NTD ilə üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. Saat 19:00-da isə "Naxçıvan" və "Gəncə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.