Azərbaycan kubokunda ilk dəfə

Bu həftə Azərbaycan futbolunda 2021/22 mövsümünə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, mövsüm Azərbaycan kubokunun final görüşü ilə başa çatacaq.

Qəbələdəki qarşılaşma ölkə kubokunda yeni cütün dueli ilə əlamətdar olacaq. İndiyədək yolları kəsişməyən rəqiblər 30-cu kubokun qalibi olmaq üçün mübarizə aparacaq.

Azərbaycan Kuboku

Final

27 may

17. "Qarabağ" – "Zirə"  – indiyədək qarşılaşmayıblar

Finalçılar Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələcək. Rəqiblər indiyədək bu turnirdə qarşılaşmayıblar. “Zirə” “Qarabağ”ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir. Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” bu siyahıda 473-cü olacaq.