Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin birinci oyununda NTD "Neftçi"ni məğlub edib.

Komanda rəqibini 88:83 hesabı ilə üstələyib.

Saat 19:00-da ikinci yarımfinal matçında "Naxçıvan" "Gəncə" ilə üz-üzə gələcək.

Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.