Azərbaycan kubokunda son 1/4 finalçılar müəyyənləşir

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək. Bununla da 1/4 finalın bütün cütlükləri müəyyənləşəcək. "Mingəçevir" "Zirə" ilə, "Kəpəz" "Sumqayıt"la, "Sabah" isə "Qaradağ Lökbatan"la qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final 1 matçdan ibarətdir. Bu mərələnin digər 3 görüşü dünən keçirilib. "Qəbələ", "Səbail" və "Turan Tovuz" 1/4 finala adlayıblar. "Qəbələ" bu mərhələdə son çempion "Qarabağ"la, "Səbail" isə "Turan Tovuz"la üz-üzə gələcək.  “Sabah” – “Qaradağ Lökbatan” cütünün qalibi “Kəpəz” – “Sumqayıt” duelinin güclüsü ilə, "Zirə” – “Mingəçevir” oyununun qalibi isə “Neftçi” ilə qarşılaşacaq.

23 noyabr (çərşənbə)

14:00. “Mingəçevir” – “Zirə”
Hakimlər
: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər
: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Gəncə şəhər stadionu

17:00. “Sabah” – “Qaradağ Lökbatan”
Hakimlər: 
Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva

“Bank Respublika Arena”

22 noyabr

“Qəbələ” – “Araz Naxçıvan” - 5:0 

MOİK – “Səbail” - 0:4

“Şamaxı” – “Turan Tovuz” - 0:1