Azərbaycan Kubokunun qalibi olub

Qadın həndbolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub.

Sportline.az xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Azəryol" və "Kür" komandaları qarşılaşıblar.

Maraqlı mübarizə şəraitində keçən matçda 35:28 hesabı ilə qələbə qazanan "Azəryol" titula sahib çıxıb.