Azərbaycan - Lüksemburq matçı ilə bağlı açıqlama
AFFA Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk ev matçının neytral meydanda keçirilməsinə dair iddialara münasibət bildirib.
Sportline.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla matc.az- açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.
Assosiasiya rəsmisi məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb.
Qeyd edək ki, "Wort.lu" nəşri Azərbaycan - Lüksemburq matçının başqa ölkədə keçirilə biləcəyini yazıb. Qarşılaşma sentyabrın 5-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.