Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək

Parapauerliftinq üzrə Azərbaycan yığması mayın 10-12-si aralığında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

Bu barədə Sportline.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Yarışda kişi idmançılarımızdan Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talib Zeynalov (+107 kq), qadınlardan isə Zəhra Dadaşova (61 kq) ilə Leyla Kərimova (73 kq) mübarizə aparacaqlar.