Şəhriyar Aronyanı, Azərbaycan Ermənistanı məğlub etdi
Gürcüstanın Batumi şəhərində 43-cü Dünya Şahmat Olimpiadası davam edir. SportLine.az xəbər verir ki, növbəti yarış günündə iştirakçılar 5-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Kişilərdən ibarət komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək. Hər iki komanda ilk 4 görüşünü qələbə ilə bitirib.
Qadın şahmatçılarımızın rəqibi isə Yunanıstan kollektivi olacaq. Hər iki komanda keçirdiyi 4 görüşün 3-də qələbə qazanıb.
43-cü Şahmat Olimpiadası
5-ci tur
Kişilər
Ermənistan - Azərbaycan - 1,5:2,5
Levon Aronyan ⚪ - ⚫ Şəhriyar Məmmədyarov - 0:1
Qabriel Sarqisyan ⚫ - ⚪ Teymur Rəcəbov - 0:1
Qrant Melkumyan ⚪ - ⚫ Arkadi Naydiç - 1:0
Hayk Martirosyan ⚫ - ⚪ Rauf Məmmədov - 0,5:0,5
Qadınlar
Yunanıstan - Azərbaycan - 1:3
Anna-Mariya Botsari ⚪ - ⚫ Zeynəb Məmmədyarova - 0,5:0,5
Stavrula Tsolakidu ⚫ - ⚪ Xanım Balacayeva - 0:1
Anastasiya Avramidu ⚪ - ⚫ Gülnar Məmmədova - 0,5:0,5
Haritomeni Markantonaki ⚫ - ⚪ Ülviyyə Fətəliyeva - 0:1