Azərbaycan millisi qələbəni əldən verdi

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün növbəti yoxlama oyununa çıxacaq. SportLine.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstandan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Bunadək keçirilən iki görüşündə birində qələbə qazanıb ("Alanyaspor" U-21, 3:1), digərində uduzan (Albaniya U-20, 0:1) millimiz bu dəfə azarkeşləri sevindirmək niyyətindədir.

Qeyd edək ki, seçmə komandamız sonuncu oyununda yenə Albaniya ilə münasibətləri aydınlaşdıracaq.


23 yanvar 2018
Yoldaşlıq görüşü

Azərbaycan U-21 – Gürcüstan U-21 - 1:1
AZƏRBAYCANIN QOLU: 
Ülvi İsgəndorov, 45

Millimizin start heyəti: 1.Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev

Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın