Azərbaycan millisi hər 3 oyunda uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa çempionatının birinci seçmə mərhələsində 3 oyun keçirib.

SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimiz Portuqaliya yığmasına 3:9, Polşa komandasına 4:5, Belarus futbolçularına isə 1:4 hesabı ilə məğlub olub.