Azərbaycan millisi Serbiya seçməsinə qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, komandamız Bakıda Serbiya kollektivini qəbul edəcək.

"Dalğa Arena"da keçiriləcək oyun saat 19:00-da başlanacaq. Rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, komandamız 3 xalla (7 oyun) sonuncu - altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub - 0:2.