Azərbaycan millisindən növbəti qələbə

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) toplanışı davam edir.

SportLine.az xəbər verir ki, seçməmiz hazırlıq çərçivəsində BƏƏ komandası isə növbəti yoxlama matçını keçirib. Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 4:0.

Seçməmizin heyətində Nigar Mirzəliyeva, Melis Ersoy, Alina Nəhmədova və Aslan Beyzanur fərqlənib.