Azərbaycan millisinin Danimarka ilə yoldaşlıq oyunlarının hakimləri açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Bu barədə Sportline.az-a  Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Yanvarın 22-də, saat 19:00-da start götürəcək qarşılaşmada Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov hakimlik edəcəklər.

Yanvarın 24-də, saat 16:00-da başlayacaq görüşə isə Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov təyinat alıblar.

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.