Azərbaycan millisinin heyəti açıqlanıb
İyunun 27-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan 19 cüdoçu ilə təmsil olunacaq.
Sportline.az xəbər verir ki, milli yarışda 14 çəki dərəcəsində mübarizə aparacaq.
Qızlarda Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq), Mələk Bayramlı (70 kq), oğlanlarda Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq), Nihad Rəhimov (60 kq), Səlim Soltanov (66 kq), Cəsur İbadlı (73 kq), Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaq.
Fərid Qarayev komanda yarışında mübarizəyə qoşulacaq. Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, idmançılar iyunun 27-29-da fərdi, 30-da isə komanda yarışında iştirak edəcək.