Azərbaycan millisinin rəqibi heyətini açıqladı
Qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycanla eyni qrupda yer alan Macarıstan seçməsi heyətini açıqlayıb. SportLine.az xəbər verir ki, heyətdə 13 voleybolçunun adı var:
Toppaylayıcılar: Reka Bleyçer, Jujanna Talas
Liberolar: Renata Şpin, Fruşina Tot
Blokçular: Edina Dobi, Eçter Naqi, Viktoriya Naqi
Hücumçular: Bernadett Dekani, Rita Liliom, Nikolett Sus, Qreta Szakmari, Kata Török, Lilla Villam
Qeyd edək ki, 22-də start götürəcək Avro-2017-ə Azərbaycan və Gürcüstan ev sahibliyi edəcək. Macarıstan A qrupunda millimizlə yanaşı, Almaniya və Polşa kollektivləri ilə mübarizə aparacaq.