Azərbaycan millisinin sabiq baş məşqçisi vəfat etdi
Azərbaycan millisinin sabiq braziliyalı baş məşqçisi Karlos Alberto Torres dünyasını dəyişib. SportLine.az xəbər verir ki, veteran futbolçu bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, 1970-ci ilin dünya çempionatının qalibi braziliya millisinin əfsanəvi heyətinin kapitanı olan Torres 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi kimi çalışıb.