Azərbaycan millisinin sabiq futbolçusu "Şalke"də kapitan olub
Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyanın "Şalke" klubunun əvəzedici komandasında kapitan olub.
Sportline.az xəbər verir ki, 31 yaşlı hücumçu Regional Liqanın XXIII turunda evdə "Şportfroynde"ni 4:1 hesabı ilə yendikləri oyunda kapitan sarğısını taxıb.
Dadaşov 78 dəqiqədə fərqlənməklə komandasının sonuncu qoluna da imza atıb. Bu, forvardın cari mövsümdəki 7-ci qolu olub.
Qeyd edək ki, Rüfət Dadaşov "Şalke"nin əsas komandasında da debüt edib.