Azərbaycan millisinin üzvü "Karabükspor"a keçə bilər
"Bursaspor" Azərbaycan millisinin üzvü Dəniz Yılmazla yolları ayırmaqda qərarlıdır.
SportLine.az xəbər verir ki, "timsahlar" futbolçunu "Karabükspor"a təklif ediblər. Karabük təmsilçisinin şərəfini qoruyan Andre Biyoqo Pokonu heyətində görmək istəyən "Bursaspor" əvəzində D.Yılmazı verməyə hazırdır. Təklif olunan futbolçular arasında Bilal Kısa, İsmail Konuk və Merter Yücenin də adı var.
Qeyd edək ki, D.Yılmaz intizamsızlıqda və klubun daxili qayda-qanunlarını pozmaqda ittiham olunur.